Ağdam rayonunda evdə yanğın faktı qeydə alınıb.
SİA-nın məlumatına görə, hadisə bu gün səhər saat 05:52 radələrində rayonun Eyvazlı kəndində baş verib. Kənd sakini, 1951-ci il təvəllüdlü Rüstəmov Mahmud Qasım oğluna məxsus 132 kvadratmetrlik evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və yanğının qarşısı alınıb.
Hadisə nəticəsində evin 6 kvadratmetri tam yanıb. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB