Gədəbəydə yanğın olub

Gədəbəydə yanğın olub. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Arıqıran kəndində ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli 8 otaqlı taxta konstruksiyalardan ibarət ev 200 kv.m sahədə, ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda olan 15 ton ot bağlamasının 7 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə