6 bal gücündə zəlzələ olub

ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, noyabrın 27-də Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ olub.

SİA-nın verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:11-də Sakit okeanın cənub-qərbində yerləşən Yeni Şərqi Britaniya əyalətinin Kokoro şəhərindən 109 kilometr cənub-şərqdə və 57,8 kilometr dərinlikdə qeydə alınıb.

Havay adalarında yerləşən Sakit okean Sunami Mərkəzi sunami təhlükəsi barədə xəbərdarlıq yaymayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə