Bakıda yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakıda yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 90 m2 olan avtomobil yuma məntəqəsinin içərisindəki əşyalar yanmış, yüksək temperaturdan lambirdən ibarət tavanı əriyib.

Yanğın zamanı orada işləyən 1 nəfər avtomobil yuma məntəqəsində tüstüdən zəhərlənib. Avtomobil yuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə