Lənkəran sakini odlu silahla özünü vurub

Lənkəran sakini odlu silahla özünü vurub

Lənkəran rayonunda intihar hadisəsi baş verib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin həkimi Elmar Abdullayevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, bu gün saat 14.00 radələrində rayonun Boladi kənd sakini, 1990-cı il təvəllüdlü Ağamir Ağasəf oğlu Fəttayev odlu silahdan özünə atəş açıb.

Döş qəfəsinin sol ön-yan divarının odlu silah yarası diaqnozu ilə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq A.Fəttayev çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə