İranda 4 polis qətlə yetirilib

İranın Sənəndəc şəhərində naməlum şəxslərin post-patrul xidməti əməkdaşlarına silahlı hücumu zamanı 5 nəfər həlak olub, 9 nəfər yaralanıb.

 

SİA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Kürdistan vilayətinin yüksək rütbəli polis rəsmisi İbrahim Kaziminəjad bildirib ki, iki nəfər naməlum şəxs gözlənilməz silahlı hücumda 5 nəfəri qətlə yetiriblər.

 

Ölənlərdən 4-ü, yaralılardan isə 5-i hüquq-mühafizə orqanı əməkdaşıdır.

 

Hücumun təfərrüatı barədə hələlik məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə