Yük qatarının vurduğu qadın ölüb

Yük qatarının vurduğu qadın ölüb

Gəncə şəhərində qadını qatar vurub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, noyabrın 11-də saat 14 radələrində Gəncə dəmir yolu stansiyasının ərazisində yük qatarı Gəncə şəhər sakini Mirvari Əkbərovanı vurub.

Xəstəxanaya yerləşdirilən M.Əkbərova orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə