İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində zərərçəkən insanların sayı 2500 nəfər çatıb. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin təcili tibbi yardım stansiyasının rəhbəri Pir Hüseyn Kulivand yerli telekanallara müsahibəsində bildirib. Onun sözlərinə görə, ölənlərin sayı rəsmi olaraq 210 nəfərdir.
Xatırladaq ki, ötən gün İran-İraq sərhədində 7.2 bal gücündə zəlzələ olub. Dağıdıcı təbii fəlakətdən zərərçəkənlər üçün çadır düşərgələri ayrılıb. İran prezidenti Həsən Ruhani fəlakətdən ziyan çəkənlər üçün zəruri olanların təminatı ilə bağlı əmr verib. İran Daxili İşlər Nazirliyində fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə təcili yığıncaq keçirilir.
Zəlzələ İraqa da təsir edib. Hadisə nəticəsində İraqda bir neçə bina dağılıb, 100-lərlə insan ziyan çəkib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB