Astarada zəncirvari yol-nəqliyyat hadisəsi baş verib

Astarada zəncirvari yol-nəqliyyat hadisəsi baş verib

Astara rayonunda 1 nəfərin ölümü, daha 6 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Ərcivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik maşınının, Lənkəran-Astara marşrutu ilə hərəkət edən "Ford" sərnişin mikroavtobusunun və yük avtomobilinin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Lənkəran sayon sakini Rzayev Elgün Vaqif oğlu ölüb. Hadisə zamanı daha 6 nəfər xəsarət alıb.

Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə