Binəqədidə yaşayış binasında baş verən yanğın söndürülüb

Binəqədidə yaşayış binasında baş verən yanğın söndürülüb

Noyabrın 10-da axşam saatlarında paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsindəki 16 mərtəbəli yaşayış binasında baş verən yanğın artıq söndürülüb. Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun qarşısını alıblar.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Yanğınla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə