Dünən Gəncədə iki nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin Atabəylər prosspektində qeydə alınıb. “VAZ 21 07” markalı avtomobilin maneəyə çırpılması nəticəsində 1965-ci il təvəllüdlü Zahid İsmayılovv və 30 yaşlı Turqay Yusifov xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatıdırılıb. Vəziyyətlərinin orta ağır olduğu deyilir. Faktla bağlı araşdırmalara başlanılıb.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB