Qusarda qonşusuna məxsus yardımçı təsərrüfatı yandıran şəxs saxlanılıb.
SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 3-də saat 01.00 radələrində Qusar rayonunun Üzdən-oba kəndində yaşayan Yarmət Nurmətovun həyətindəki sahəsi 48 kvm. olan yardımçı təsərrüfat yandırılıb. Nəticədə yanar konstruksiyalar yanıb, oradakı 1 baş inək tələf olub.
Hadisəni törətməkdə şübhəli bilinən qonşuluqda yaşayan yeniyetmə Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB