Sumqayıtda oğru mənzli qarət edərkən yaxalanıb.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.
1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan Asif Zərbəliyev olması müəyyən edilib. Araşdırma aparılır.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB