Əfqanıstanda bomba yüklü tanker partladılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən tankerə Kabil şəhərində hücum edilib. Partlayış zamanı 15 nəfər həyatını itirib, 27 nəfər isə yaralanıb.
Tankerin partlaması nəticəsində yaxınlıqdakı avtomobillər də yararsız hala düşüb. Bu səbəbdən də yanğının miqyası böyüyüb.
Rəsmi mənbələr ölənlərin sayının artacağını istisna etmirlər.
Hücumu heç bir qruplaşma öz üzərinə götürməyib.
Müəllif: Fəxriyyə Mahmudova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB