Şirvanda avtomobil məktəbli oğlanı vurub

Şirvanda avtomobil məktəbli oğlanı vurub

Şirvanda avtomobil oğlan uşağını vurub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 18.30 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində baş verib.

Naməlum avtomobil 7-ci sinif şagirdi Qarayev Nahid Cəlal oğlunu vurub. Uşaq ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib, vəziyyəti ağırdır. Faktla bağlı Şirvan polisi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə