Lerikdə mal-qara oğurlayan dəstə üzvləri saxlanılıb. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Lerik rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlara məxsus mal-qaranı oğurlayıb satmaqla məşğul olan dəstənin üzvlərini saxlayıblar.
Lerik rayon sakini, Məhərrəm Talıbov polisə müraciət edərək bir baş inəyinin otlaq sahədən oğurlandığını bildirib. Daha sonra rayon sakini Hidayət Zahidov 2 baş, Tərlan Qəribov isə 1 bar inəyinin naməlum şəraitdə itməsi barədə polisə məlumat verib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis vətəndaşlara məxsus mal-qaranın Lerik rayon sakinləri Nail Nəsirov, Elvin Hüseynzadə, Nazim Nəsirov və onun qardaşı Razim Nəsirov tərəfindən oğurlandığı məlum olub. Bildirilib ki, onlar ayrı-ayrı vaxtlarda otlaq sahələrindən oğurladıqları heyvanları satıblar. Oğurlanan inəklər Lənkəran rayonu Aşağı Nuvədi kəndinə gətirilərək ayrı-ayrı şəxslərə satılıb. Dəstə üzvlərindən Nail Nəsirov, Nazim Nəsirov və Elvin Hüseynzadə saxlanılaraq barələrində üç ay müddətində həbs qətimkan tədbiri seçilib. Fakt araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB