10 ədəd mobil telefon və aksesuarları aşkar edildi

10 ədəd mobil telefon və aksesuarları aşkar edildi

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı, avtomobilin salonunda, sükanın alt hissəsində 10 ədəd "Samsung Galaxy J3 2016" markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə