Tovuzda tüfeyli həyat tərzi keçirən 34 yaşlı qadın xəstəxanada ölüb
Tovuz rayonunda tüfeyli həyat tərzi sürən qadın xəstəxanada ölüb.
SİA-nın məlumatına görə, oktyabrın 29-da axşam saatlarında rayonun Azaflı kənd sakini, 1983-cü il təvəllüdlü Həsənova Elnarə Həsən qızı içkili vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Həsənova spirtli içki qəbul etdiyindən özündə olmayıb və xəstəxanada komatoz vəziyyətə düşüb. Həkimlərin səyinə baxmayaraq xəstə oktyabrın 30-da dünyasını dəyişib.
E.Həsənovanın meyiti müayinə olunmaq üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.
Məlumata görə, kimsəsiz olan E.Həsənova uzun müddətdir ki Tovuzda tüfeyli həyat tərzi keçirirmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB