DİN rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Xızı sakininin qardaşını qətlə yetirməsi ilə bağlı rəsmi məlumat yayıb.

SİA-nın verdiyi məlumatda bildirilib ki, oktyabrın 29-da Xızı rayonunun Yarımca kəndi ərazisində Bakı şəhər sakinləri Şirxan Məhərrəmovla qardaşı Səməd arasında onlara məxsus əkin sahəsində münaqişə baş verib. Bu zaman Şirxan tüfəngdən açdığı atəşlə Səmədi qətlə yetirib və bu barədə polisə məlumat verib.

Ş.Məhərrəmov Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tutulub və ondan hadisə törədilərkən istifadə edilən müvafiq sənədləri olmayan 16 kalibrli tüfəng götürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə