35 yaşlı kişini ilan sancıb

Tovuz rayon sakinini ilan sancıb. Hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Abbasov Elburus Nədir oğlunu həyətlərində ilan sancıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə