Mərdəkan qəsəbəsində evə silahlı basqın olub, 50.000 manat dəyərində qızıl-zinət əşyaları aparılıb

Mərdəkan qəsəbəsində evə silahlı basqın olub, 50.000 manat dəyərində qızıl-zinət əşyaları aparılıb

Mərdəkan qəsəbəsində evə silahlı basqın olub. Daxili İşlər Nazirlinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə oktyabrın 5-də saat 22.05 radələrində qeydə alınıb. Maska taxmış 3 naməlum şəxs Mərdəkan qəsəbəsində yaşayan Ələsgər Qocamanovun evinə girib onu və arvadı Rəfiqəni, habelə onlarda qonaq olan Səidə Əliyarbəyovanı və Aynur Cabbarlını bıçaqla hədələyib əl-ayaqlarını yapışqanlı lentlə bağlayaraq evdən 50.000 manat dəyərində qızıl əşyaları aparıblar.

 

Xəzər rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə