Saatlıda 58 yaşlı kişi intihar edib

Saatlıda 58 yaşlı kişi intihar edib

Saatlı rayonunda intihar hadisəsi qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, dünən axşam rayonun Musalı kənd sakini 1959-cu il təvəllüdlü Əliyev Arif Sarı oğlu özünü evin həyətindəki yardımçı tikilidə asaraq intihar edib. Onun cəsədi qohumları tərəfindən aşkarlanıb. Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə