Neftçala sakinindən üç kiloqramdan çox marixuana götürülüb

Neftçala sakinindən üç kiloqramdan çox marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Həsən Kərimovdan 3 kiloqram 73 qram marixuana və 2,7 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə