Binəqədidə bir-birinə bitişik bir neçə ev yanıb

Binəqədidə bir-birinə bitişik bir neçə ev yanıb

Binəqədidə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 560 kv.m olan, bir-birinə bitişik tikilmiş birmərtəbəli evlərin yanar konstruksiyaları 120 kv.m sahədə, yaxınlıqda olan ümumi sahəsi 24 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyü 10 kv.m sahədə və evlərin üstündən keçən 50 p.m elektrik kabeli yanıb.

Tikililərin və elektrik kabelinin qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə