Yasamalda ev yanıb 5 sakin təxliyə olunub

Yasamalda ev yanıb 5 sakin təxliyə olunub

Yasamalda ev yanıb - 5 sakin təxliyə olunub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzildə 1 ədəd divan yanıb.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə