Sentyabr ayının 29-u "Gəncə Bazarı" Açıq Tipli Səhmdar Cəmiyyətində dava düşüb. Burada çalışan Məhərrəmov Bayram Gəncə şəhər Prokurorluğu və Polis İdarəsinə müraciət edərək bildirib ki, iş yoldaşı Əli İsmayılov onu döyərək ağır bədən xəsarətləri yetirib.
Nəticədə xəsarət alan Bayram Məhərrəmov xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib. Hadisəyə səbəb Əli İsmayılovun birinci şəxsi işdən çıxarması olub. Gəncə şəhər Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Şahin Sadıqovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, artıq Əli İsmayılov da dindirilib. Ancaq həmin şəxs Bayram Məhrrəmova fiziki güc göstərmədiyini, sadəcə mübahisə zəmnində onun özünün yıxıldığını bildirib.
Artıq faktla bağlı Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 223.1-ci maddəsi ilə cinayət işi açılıb. Şahidlərin dindirilməsi aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB