Tovuzda yol qəzası: "Mercedes" piyadanı vurub

Tovuzda yol qəzası: "Mercedes" piyadanı vurub

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Gecə saatlarında yolu keçən piyada, kənd sakini 1977-ci il təvəllüdlü Fərəcov Tofiq Ramiz oğlu "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xəsarətləri ağır olduğundan Bakıya göndərilib. Ona ağır kəllə-beyin travması qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə