Ağstafada ev yanıb

Ağstafada yanğın baş verib. Fövqladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Düz-Qışlaq kəndində ümumi sahəsi 225 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə