Bu gün səhər saatlarında Lənkəran şəhərində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan SİA-nın cənub bürosuna verilən məlumata görə, Ukrayna Respublikasının vətəndaşı, 1944-cü il təvəllüdlü Leyla Kazımovna Krapçenko Lənkəran şəhərinin Şəhidlər Xiyabanı məhəlləsindəki yaşayış olmayan köhnə beşmərtəbəli binanın dördüncü mərtəbəsindən özünü ataraq intihar edib. Onun xəstəlikdən əziyyət çəkdiyi , bir müddət öncə Lənkəranda yaşayan qohumlarının yanına gəldiyi bildirilir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB