Goranboy sakinini Göygöldə döydülər

Goranboy sakinini Göygöldə döydülər

Göygöldə döyülmə faktı qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Məmmədov Vüsal Cəlal oğlu ağır vəziyyətdə Gəncədəki şəhər xəstəxanalarından birinə gətirilib. Həkimlər tərəfindən Vüsal Məmmədova kəllə-beyin travması, sifətin sıyrılmış yaraları diaqnozu qoyulub. Yaralının vəziyyəti kafi qiymətləndirilir.

Yaxınlarının sözlərinə görə, hadisə avtomobili yolun kənarında park edilməsi ilə yaranan mübahisə zəminində baş verib.

Hazırda polis tərəfindən cinayət işi açılıb, Vüsal Məmmədova xəsarət yetirən şəxsin kimliyi müəyyənləşdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə