Gəncədə içkili qadını maşın vurub

Gəncədə içkili qadını maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə aınıb. SIA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin Şah İsmayıl Xətai prosspektində qeydə alınıb. Yolu keçmək istəyən qadını naməlum avtomobil vurub. Sürücünün hadisə yerindən uzaqlaşdı deyilir. Ətrafdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) gətirilən yaralı travmatalogiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qadın çox miqdarda spirtli işçki qəbul etdiyindən şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə