Ötən gün axşam Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Gəncə şəhər Şah İsmayıl Xətai prospektində yaşayan 1975 -ci il təvəllüdlü Əliyev Məhəmməd Məmməd oğlunun idarə etdiyi "VAZ 21 011" markalı 51 BA 705 dövlət nömrə nişanlı avtomobil, 1978-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Mehrəliyev Niyaz Köçəli oğlunun idarə etdi "VAZ 21 07" 23 BE 842 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə ikinci avtomobilin sürücüsü xəsarət alıb. Xəstəxanaya yerləşdirilən sürücünün səhhəti normaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB