İmişlidə yanğın hadisəsi olub

Dünən İmişlidə yanğın hadisəsi qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat yerləşdirilib. Məlumatda deyilir ki, İmişli şəhərində ümumi sahəsi 450 m2 olan birmərtəbəli 8 otaqlı evin iki otağının yanar konstruksiyaları və ev əşyaları 75 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə