Qəbələdə meşə zolağında yanğınlar nəzarətə götürülüb. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb. Yanğınların yayılmasının qarşısı alınıb.
Nazirliyin müvafiq qüvvə və texnikası tərəfindən söndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB