Bakıda 36 yaşlı kişi özündən 10 yaş kiçik həyat yoldaşını boğaraq öldürüb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Rayon sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürüb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB