Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, baxış zamanı avtomobilin salonundakı ön oturacağın içindən 4 ədəd "Samsung J3-2016" markalı mobil telefon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB