Astarada ağır yol qəzası baş verib

Astarada ağır yol qəzası baş verib

Astara rayonunda ağır yol qəzasında 2 nəfər xəsarət alıb. Bu barədə SİA-nın cənub bürosuna Astara rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Hadisə sentyabrın 23-də saat 19.30 radələrində rayonun Ərçivan kəndi ərazisində baş verib.

Lənkəran şəhər sakini, 1985-ci il təvəllüdlü Kamran Novruzov "Hunday" markalı avtomobili ilə Astara şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və maşındakı sərnişin, Lənkəran şəhər sakini, 1960-ci il təvəllüdlü Mehparə Səmədova travmatik şok diaqnozları ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-dən verilən məlumata görə, Mehparə Səmədovanın vəziyyəti daha ağır olduğundan o, təcili Bakı şəhərinə yola salınıb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə