Abşeronda yanğın qeydə alınıb.
SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB