Dənizdə batmaq təhlükəsi ilə üzləşən əcnəbi xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən əcnəbi xilas edilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər (xarici vətəndaş) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, əməliyyat saat 16:29-da başa çatıb. ​

Bütün xəbərlər Facebook səhifəmizdə