Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 245 m2 olan 7 otaqlı mənzilin 1 otağında 1 ədəd paltaryuyan maşın, 1 ədəd suqızdırıcı və 1 ədəd ütü masası yanıb. Yanğın zamanı yüksək temperaturdan asma tavan 3 m2 sahədə əriyib.
Mənzil yanğından mühafizə olunub.
Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB