Gəncədə oğul anasını döyərək xəstəxanalıq edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Şeyx Bahəddin küçəsində yaşayan Lyudmila Səfərova adlı qadın ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan araşdırma zamanı müəyyən edilib ki, 1949-cu il təvəllüdlü qadın oğlu tərəfindən döyülüb. Həmin şəxsin hadisəni içkinin təsirindən etdiyi deyilir.
Polis 68 yaşlı ananı döyən oğulu həbs edib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Müəllif: İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB