Bakıda qadın özünü dənizə atıb

Bakıda qadın özünü dənizə atıb

Bulvarda intihar edən qadının meyiti dənizdən çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Parkda 1 nəfər intihar məqsədilə özünü dənizə atıb.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 50-55 yaşlarında olan qadın meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:40-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə