ANAMA: Söyüdlü kəndində 33 ədəd müxtəlif tipli hərbi sursat aşkar edib
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri avqust 15-də Gədəbəy rayonunun Söyüdlü kəndində süni göl hövzəsinə baxış keçiriblər.
ANAMA-nın məlumatında deyilir ki, baxış zamanı 33 ədəd müxtəlif tipli hərbi sursat, 2 ədəd tank əleyhinə raket (PQ-7S), 1 ədəd tank əleyhinə PQ-7 raketinin motor hissəsi və 30 ədəd 7.62 mm-lik patron aşkar edərək agentliyin mərkəzi məhvetmə ərazisinə gətiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB