Şəkidə tütün suvaran kişini ilan sancıb

Şəkidə tütün suvaran kişini ilan sancıb

Şəkidə tütün suvaran 46 yaşlı kişini ilan sancıb. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə dünən rayonun Cumakənd kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Afər Məhərrəm oğlu Məmmədovu kənddəki tütün sahəsində suvarma işləri aparan zaman ayaq nahiyəsindən gürzə sancdığı bildirilir.

Şəki Mərkəzi Rayon Xəstəxanasında ona lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. A. Məmmədov müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə