Dənizdə batan 2 nəfər xilas edilib

Dənizdə batan 2 nəfər xilas edilib

Xəzər dənizində batmaq təhlükəsilə üzləşmiş 2 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhəri, Corat qəsəbəsində 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18.20-də başa çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə