Əvvəllər məhkum olunmuş Şamaxı sakini yenidən cinayət törədib

Əvvəllər məhkum olunmuş Şamaxı sakini yenidən cinayət törədib

Azərbaycanın Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə ötən gecə saat 3.00 radələrində baş verib. Şamaxı şəhər sakini əvvəllər məhkum olunmuş Teymurov Teymur Əlirza oğlu həmyerlisi Şıxəliyev İbrahim Şıxəli oğluna bir neçə bıçaq zərbəsi vurub.

 

İ. Şıxəliyev Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə