Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Katex kəndi ərazisində Mahamalar kənd sakinləri, əvvəllər məhkum olunmuş Firuddin Xəlilov və İslam Xəlilov tərəfindən aqrotexniki qaydada becərilmiş 50 ədəd çətənə kolu və 2 kiloqram 135 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB