Cəlilabadda evi yandıran şəxs tutulub

Cəlilabadda evi yandıran şəxs tutulub

Cəlilabadda oğurluq etdiyi evi yandıran şəxs tutulub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əmrah Hüseynova məxsus evdən qızıl əşyalar oğurlayıb evi qəsdən yandırmaqda şübhəli bilinən Bəcrəvan kənd sakini Afiq Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə