İki avtomobil toqquşdu

Ağdaş rayonu, Pirəzə kəndində vətəndaşlara məxsus "QAZ" markalı yük avtomobili "VAZ" markalı minik avtomobili ilə toqquşub.

SİA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qəza hadisəsinin baş verməsi nəticəsində hər iki avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə