İmişlidə bir nəfər kanalda batıb

İmişlidə bir nəfər kanalda batıb

İmişli rayonu, Çaxırlı kəndində kanalda 1 nəfər batıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, İmişli rayonu, Çaxırlı kəndində 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlu kanalda çimərkən batıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə